Azadlıq prospekti istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

16 Fevral 2025 12:03 (UTC+04:00)

Nəsimi rayonu, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində yolda təmir işləri aparılır. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Bu səbəbdən Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.