"Real"ın futbolçusu 12 oyunluq cəzalana bilər

16 Fevral 2025 10:19 (UTC+04:00)

İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellinqem 12 oyunluq cəzalana bilər. SİA-nın "Marca"ya istinadən xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin La Liqanın XXIV turunda "Osasuna" ilə matçda baş hakimi təhqir etməsidir.

İngiltərəli oyunçu 39-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

La Liqa qaydalarına əsasən, baş hakimi, onun köməkçisini, dördüncü referini, səlahiyyətli şəxsləri təhqir edən futbolçu 4 oyundan 12 matça qədər diskvalifikasiya ilə üzləşə bilər.

Görüşdən sonra Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti və Bellinqem hakimə qarşı təhqiramiz ifadələr işlədilmədiyini söyləyiblər.

Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.