Şərqi Anadoluda ZƏLZƏLƏ

16 Fevral 2025 10:05 (UTC+04:00)

Türkiyənin Şərqi Anadolu bölgəsində 4,8 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi məlumat yayıb.

Quruma görə, yerli vaxtla 02:24-də (Bakı vaxtı ilə 03:24) qeydə alınmış yeraltı təkanların episentri Bingöl şəhərinin Yedisu rayonuna düşüb. Təbiət hadisəsinin ocağı 12,79 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.