Malidə qızıl şaxtasında uçqun olub

16 Fevral 2025 09:30 (UTC+04:00)

Malidə qeyri-leqal fəaliyyət göstərən qızıl şaxtasında uçqun olub. SİA-nın France-Presse-yə istinadən verdiyi xəbərə görə, şənbə günü baş verən uçqun nəticəsində ən azı 48 nəfər ölüb.

Hadisə əvvəllər Çin şirkətinin istismar etdiyi şaxtanın üst qismində baş verib.

Ölənlərin əksəriyyəti qadındır.