Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə yola düşüb

16 Fevral 2025 09:10 (UTC+04:00)

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb. Xarici İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasında yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.