Ağstafada 4 nəfər dəm qazından zəhərlənib

15 Fevral 2025 20:32 (UTC+04:00)

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

SİA xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Belə ki, kənd sakini olan 4 nəfər yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.