Avropanın Ukrayna və təhlükəsizlik üzrə plana təcili ehtiyacı var

15 Fevral 2025 17:13 (UTC+04:00)

Polşanın Baş naziri Donald Tusk Avropanı həm Ukrayna, həm də təhlükəsizlik məsələsində fəaliyyət planı hazırlamağa çağırıb. SİA xəbər verir ki, bu barədə o “X” hesabında yazıb.

“Avropanın Ukrayna və təhlükəsizlik üzrə plana təcili ehtiyacı var. Əks halda gələcəyimizlə bağlı qərarı digər qlobal oyunçular verəcək”.