Antonio Koşta: Ukrayna ilə çiyin-çiyinə dayanmağa davam edəcəyik

15 Fevral 2025 15:11 (UTC+04:00)

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Aİ-nin gələcək üzvü kimi Ukraynaya dəstək göstərməyə davam edəcəklərini açıqlayıb. SİA xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransında danışıb.

"Biz Ukrayna ilə Avropa İttifaqının gələcək üzvü kimi danışıqlarda, yenidənqurmada, təhlükəsizlik zəmanətlərinin verilməsində çiyin-çiyinə dayanmağa davam edəcəyik",- A.Koşta vurğulayıb.

Aİ Şurasının Prezidenti müdafiə məsələsini təşkilatın gündəliyinin əsas mövzusu kimi saxlayacaqlarını, bunun öhdəlikləri olduğunu da diqqətə çatdırıb.