Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib

15 Fevral 2025 12:17 (UTC+04:00)

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilir.