Malidə nazirin kortejinə hücum zamanı 4 polis yaralanıb

15 Fevral 2025 02:49 (UTC+04:00)

Malinin cənubundakı Nyena şəhəri yaxınlığında ali təhsil naziri Burema Kansayenin olduğu kortejə silahlı hücum olub. SİA “Figaro”ya istinadla xəbər verir ki, hücum nəticəsində 4 polis yaralanıb. Nazir hücumdan salamat çıxıb. Mali hökuməti hücumu İŞİD-ə bağlı silahlı qruplaşmaların törətdiyini iddia edir.