ABŞ-ın müdafiə naziri Pit Heqset Ukrayna sərhədlərinin Rusiyanın 2022-ci ildəki genişmiqyaslı işğalından əvvəl mövcud olan sərhədlərə qaytarılmasına icazə verib. O, bu barədə cümə günü, fevralın 14-də Varşavaya səfəri zamanı bildirib.
SİA-nın məlumatına görə, bu barədə RP yazır.
Jurnalistlərin Ukraynanın Rusiyanın tammiqyaslı işğalından əvvəl mövcud olan sərhədlərə qayıtma ehtimalını görüb-görməməsi ilə bağlı sualını cavablandıran Pentaqon rəhbəri “hər şeyin mümkün olduğunu” deyib.
Eyni zamanda o, 2014-cü il sərhədlərinə qayıdışına inanmır. …Mənim vəzifəm danışıqlarımıza müəyyən realizm notu gətirmək idi: 2014-cü ildən əvvəl mövcud olan sərhədlərə qayıdış çox real deyil.
Bunu da Heqset bildirib.
Fevralın 13-də ABŞ-ın müdafiə naziri Heqset bildirib ki, Donald Trampın 2016-2020-ci illərdə ilk prezidentliyi dövründə “Rusiya təcavüzü olmayıb”.
O, həmçinin Donald Trampın Rusiya ilə güc mövqeyindən danışıq aparmadığına dair hər hansı təklifi yalan adlandırıb.
Əli Babayev