Rusiya bölgəsinə kütləvi hücumu barədə məlumat verilib

14 Fevral 2025 19:57 (UTC+04:00)

…Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin beş kəndinə birdən-birə hücum edib.

SİA xəbər verir ki, Rusiya vilayətinin qubernatoru Vyaçeslav Qladkov kütləvi hücum barədə öz Telegram kanalında məlumat verib.

…Qrayvoronski rayonunun Mokraya Orlovka kəndində FPV pilotsuz təyyarəsinin hücumu nəticəsində minik avtomobilinin şüşələri sındırılıb və banına ziyan dəyib. Volokonovski rayonunun Tişanka kəndi yenidən düşmən atəşinə məruz qalıb. Pəncərələr sökülüb, üç fərdi yaşayış evinin dam örtüyü, fasad və yardımçı tikililərə ziyan dəyib. \Evlərin birində divar uçub.

...Valuyski rayonunun Gerasimovka kəndi PUA-nın hücumuna məruz qalıb. Şəxsi evə ziyan dəyib.

...Repyaxovka kəndində pilotsuz təyyarənin hücumu nəticəsində minik avtomobilinin qabaq şüşəsi qırılıb.

Digər əhalinin məskunlaşdığı Murom kəndində isə dron hücumu yaşayış binasının şüşələrini sındırıb, dam örtüyü və avtomobilə ziyan vurub.

Bunları rusiyalı rəsmi bildirib.

Əli Babayev