Təyyarə yanğın ehtimalına görə, məcburi eniş edib

14 Fevral 2025 19:22 (UTC+04:00)

…United Airlines-a məxsus təyyarənin pilotları kokpitdə baş verə biləcək yanğın səbəbindən havaya qalxdıqdan az sonra məcburi eniş edib.

SİA xəbər verir ki, bu barədə PYOK məlumat yayıb.

Təyyarə fevralın 12-də səhər saatlarında Çikaqodan Meksikanın San Xose del Kabo şəhərinə uçurmuş. Təyyarə hündürlüyə qalxarkən pilotlar alətlər panelində yanğına səbəb ola biləcək qısaqapanmanı müşahidə ediblər. Yanğının baş verdiyini özləri yoxlaya bilməyiblər, onlar uçuş hava limanına qayıtmaq üçün icazə istəyiblər.

Təyyarə Çikaqoda təcili xidmətlər tərəfindən qarşılanıb. Sərnişinlər başqa təyyarəyə köçürülüb, nasaz olan təyyarə isə 24 saat ərzində istismardan çıxarılıb.

…Yanvarın 28-də “Air Busan”a məxsus təyyarə Honq-Konqa uçmazdan əvvəl yanıb. Yanğın bütün təyyarəni bürüyüb.

Əli Babayev