Gədəbəydə yol qəzası baş verib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Saratovka kəndində "Tofash" markalı avtomobil aşıb. Nəticədə Elxan Qurbanov və Fazil İbrahimov xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.