Vens Avropa üçün əsas təhlükənin adını çəkir

14 Fevral 2025 18:54 (UTC+04:00)

…Avropa üçün əsas təhlükə Rusiya və Çin deyil - bu, öz daxilindədir.

SİA-nın məlumatına görə, “RİA Novosti” xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti C.D.Vens deyib.

O qeyd edib ki, Avropa üçün onu narahat edən ən böyük təhlükə Çin və Rusiya deyil.

Vans Münhen Təhlükəsizlik Konfransında "Təhlükə içəridədir" deyib.

O, Avropanın problemlərindən danışarkən Rumıniyada seçkilərin ləğv edilməsini, Almaniyada da analoji təhlükənin olduğunu qeyd edib.

ABŞ vitse-prezidentinin sözlərinə görə, Ağ Ev Avropanın təhlükəsizliyindən narahatdır, lakin ABŞ prezidenti Donald Trampın administrasiyası əmindir ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşma əldə oluna bilər.

Əli Babayev