Tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə edilib

14 Fevral 2025 18:48 (UTC+04:00)

Fevralın 14-də elm və təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Sünniya Durrani-Camal ilə görüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, görüş çərçivəsində AİB ilə ikitərəfli əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.