Azərbaycanda üçüncü dopler radar sistemi fəaliyyətə başladı

14 Fevral 2025 17:11 (UTC+04:00)

Bu il üçüncü dopler radar sistemi fəaliyyətə başlayıb. SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, Qubada fevralın 1-də sözügedən dopler radar sisteminin açılışı həyata keçirilib.

"Dopler radar sistemi atmosferdə baş verən proseslərin öncədən qeydə alınması və aidiyyəti qurumlara çatdırılmasında böyük önəm daşıyır", - deyə o əlavə edib.