MSK-ya bələdiyyə seçkilərindən sonra 43 müraciət daxil olub

14 Fevral 2025 16:57 (UTC+04:00)

Bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasına (MSK) 43 müraciət daxil olub. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekunları ilə bağlı iclasında deyib.

O, müraciətlərin hamısına baxıldığını bildirib:

"MSK-nın qərarlarının bəzilərindən narazı qalanlar məhkəmələrə müraciət ediblər. Apellyasiya Məhkəməsinə də müraciət olmuşdu və orada da proses artıq başa çatdırılıb".