Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekunlarını elan edir. SİA xəbər verir ki, bu barədə MSK-nın bugünkü iclasında müzakirə aparılır.
Qeyd edilib ki, seçkidən baxılmış müraciətlər əsasında yalnız bir bələdiyyə üzrə - 81 saylı İmişli seçki dairəsində Bəcirəvan bələdiyyəsinə keçirilən seçkinin nəticələri etibarsız hesab olunub.
Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.
685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.
Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var idi.