“Azərbaycanın xarici siyasət konsepsiyası çoxtərəflilik prinsipinə əsaslanmaqla hər zamanı yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsini prioritet olaraq qəbul edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, daima dünyanın fərqli bölgələrində yerləşən dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Somali ilə münasibətlər də bu kontekstdən dəyərləndirdikdə kifayət qədər önəmli xarakter daşıyır. İkitərəfli münasibətlərin tarixinə nəzər yetirdikdə, 2004-cü ildən etibarən qarşılıqlı əməkdaşlıq imkanlarının artdığını və əlaqələrin daha da möhkəmləndiyini deyə bilərik. Somali Federativ Respublikasının prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri çərçivəsində cənab Prezident ilə ikitərəfli və çoxtərəfli formatda keçirilmiş görüşləri zamanı müzakirə olunan məsələlər və verilən bəyanatlar qarşılıqlı əməkdaşlığın gələcək yol xəritəsini müəyyən edən önəmli mesajlardır. Xüsusilə də, yaşıl enerji, neft-qaz sənayesi, kənd təsərrüfatı, təhsil və bir çox strateji önəm daşıyan sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları yenidən nəzərdən keçirilə bilər. Nəticə etibarilə, həm təşkilatlar, həm də ikitərəfli əlaqələr çərçivəsində Azərbaycan-Somali münasibətlərinin dinamik mərhələdə olduğunu aydın şəkildə ifadə edə bilərik”. Bu sözləri politoloq Aytən Qurbanova SİA-ya açıqlamasında deyib.
Həmçinin məsələ ilə bağlı Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayevdə fikirlərini bildirib. Onun sözlərinə görə, hazırda Somali ilə gözəl siyasi əlaqələrimiz var, beynəlxalq platformalarda bir-birimizə dəstək oluruq, amma ciddi iqtisadi əlaqələrimiz hələ ki, yoxdur: “Bu əlaqələrin qurulması Somali Prezidentinin Azərbaycana səfərindən sonra yeni impuls qazanacaq və konkret layihələrin qiymətləndirilməsi üçün qarşılıqlı səfərlər lazım olacaq. Somali Azərbaycan vətəndaşları üçün gözəl turizm istiqaməti də ola bilər. Somali sərmayələr üçün uğurlu ölkə sayıla bilər. Çünki, onun Hind okeanı ilə 3330 km dəniz sahili var. Bu faktın özü bu ölkənin nəə qədər vacib bir istiqamət oluğunu göstərir. Somali həm də.kəmd təsərrüfatı, enerji və tikinti sektoru sahısində də cəlbedici ölkədir. Hər iki ölkənin qarşılıqlı sərmayə potensialı ilə bağlı işlər aparılacaq və qarşıdan gələn illərdə hər iki ölkə arasında mal dövriyyəsinin artımının şahidi ola biləcəyik”.