Azərbaycanın üç cüdoçusu bürünc medal qazana bilər

14 Fevral 2025 15:25 (UTC+04:00)

Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaqlar. SİA-nın məlumatına görə, üç idmançı mükafat qazanmaq şansını davam etdirir.

Bunlar Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq) və Elşən Əsədovdur (66 kq).

Bu gün tamamiyə çıxan digər 9 idmançı isə əvvəlki raundlarda məğlub olublar.

Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.