Rusiya Çexiyadan Fəridə Kurbanqaleyevanı “tələb edir”..?

15 Fevral 2025 00:45 (UTC+04:00)

...Öz ölkəsində jurnalist açıq şəkildə terrora haqq qazandırmağa çağırışda və Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda ittiham olunur. Ona qarşı cinayət işi 2024-cü ilin mayında açılıb. Qurbanqaleyeva beynəlxalq axtarışa verilib.

…Və deməli, bu yaxınlarda istintaq orqanlarının nümayəndələri keçmiş Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Fəridə Kurbanqaleyevanın (terrorçu və ekstremist siyahısındadır, xarici agent kimi fəaliyyət göstərir-A.B.) valideynlərinə baş çəkiblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun anası və atası ayrı-ayrı otaqlarda dindiriliblər. Qurbanqaleyevanın sözlərinə görə, qohumlarından onun “bu həyata necə düşdüyü”, yəni necə “ekstradisiyaya layiq ən yüksək dərəcəli cinayətkar” olduğu soruşulub.

Bu günlərdə keçmiş rusiyalı teleaparıcı bildirib ki, Rusiya Baş Prokurorluğu Çexiya hakimiyyətindən onun vətəninə qaytarılmasını tələb edir.

Belə ki, Kurbanqaleyeva Çexiya polisindən bildiriş alıb ki, işə Praqa məhkəməsində baxılacaq, ona artıq müdafiəçi təyin edilib.

Rusların iddiasına görə, keçmiş aparıcı öz ölkəsində açıq şəkildə terrora haqq qazandırmağa çağırışda və Rusiya ordusu haqqında yalan məlumatlar yaymaqda, etnik nifrət və düşmənçiliyi qızışdırmaqda ittiham olunur.

2024-cü ilin mayında ona qarşı cinayət işi açılıb və keçmiş aparıcı beynəlxalq axtarışa verilib.

Keçən ilin noyabrında jurnalistin fəaliyyətini maliyyələşdirən Britaniya kəşfiyyat xidmətləri ilə mümkün əlaqəsi barədə məlumatlar da ortaya çıxıb(?).

Qeyd edək ki, Fəridə Kurbanqaleyeva əslən Kazanlıdır və 9 il, 2007-ci ilə qədər Tatarıstan televiziya şirkətində işləyib. Bundan sonra o, “Rossiya” telekanalında “Vesti” proqramının aparıcısı olub.

2018-ci ildə mühacirət edib və hazırda Praqada yaşayır. Bundan əvvəl keçmiş teleaparıcı Fəridə Kurbanqaleyevanın xarici agent statusu ilə bağlı Moskva məhkəməsinə müraciət etməyə çalışdığı bildirilirdi.

Əli Babayev