COP29-un prezidenti Muxtar Babayev və baş danışıqçı Yalçın Rəfiyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyadadırlar. SİA xəbər verir ki, bu barədə COP29 sədrliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
"COP29-un prezidenti və baş danışıqçı COP29-da əldə edilmiş irəliləyişin bütün dünyada insanların daha yaxşı və təhlükəsiz gələcəyini necə təmin edə biləcəyini müzakirə etmək üçün beynəlxalq liderlərlə bir neçə görüşdə iştirak edəcəklər", - məlumatda qeyd olunub.