Mərhum general-mayor Məhəmməd Abbasquliyevin məzarı ziyarət edilib - FOTOLAR

14 Fevral 2025 13:48 (UTC+04:00)

14 fevral 2025-ci il tarixində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti tərəfindən II Fəxri Xiyabanda DSX rəisinin sabiq müavini mərhum general-mayor Məhəmməd Abbasquliyevin 60 illik yubileyi münasibəti ilə əziz xatirəsi dərin ehtiramla yad edilmiş, məzarı üzərinə güllər düzülmüşdür. SİA xəbər verir ki, mərhumun məzarını ziyarət edənlər həyatının çox hissəsini vətənimizin təhlükəsizliyinin təmin olunmasına, sərhədlərimizin etibarlı mühafizəsinə həsr etmiş general-mayor Məhəmməd Abbasquliyevin həm də peşəkar sərhədçi kadrların formalaşmasında göstərdiyi xidmətlərini yüksək qiymətləndirmiş və xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmişlər.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən general-mayor M.Abbasquliyevin ailə üzvlərinə başsağlığı verilmişdir.
https://www.dsx.gov.az/news/1869