Zaqatalada ictimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlanıb

14 Fevral 2025 12:02 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zaqatala şəhəri, Ç.Atalov küçəsində fiziki şəxs Fəryad Fərhad oğlu İbrahimova məxsus “Fəryad” ictimai iaşə müəssisəsində yoxlama aparıblar. Agentlikdən SİA-ya verilən məlumata görə, yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb.

Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.