Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göyçay rayonunun Qaraməryəm kəndində fiziki şəxs Natiq Namiq oğlu Musayevə məxsus qida məhsullarının topdansatışı mağazasında yoxlama aparıblar. Agentlikdən SİA-ya verilən məlumata görə, yoxlama zamanı mağazada normativ tələblərin pozulduğu, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.