Ağdamda yük maşını minaya düşüb

14 Fevral 2025 11:51 (UTC+04:00)

Ağdamda yük maşını minaya düşüb. SİA xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb. Mina partlaması nəticəsində ərazidə işləyən "Howo" markalı yük maşınına ziyan dəyib. Xəsarət alan olmadığı bildirilir.