Ötən il İctimai Televiziya 3 min manat cərimələnib

14 Fevral 2025 11:39 (UTC+04:00)

Ötən il İctimai Televiziya 3 min manat cərimələnib. SİA xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov fevralın 14-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, buna səbəb efirdə yayımlanan proqramda spirtli içkinin təbliği olub:

“Bununla bağlı Audiovizual Şuraya vətəndaş şikayət etmişdi”.