Amerika lideri Donald Tramp Vladimir Putin və Ukrayna Vladimir Zelenski ilə aparılan danışıqları əla adlandırıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, təəssüratlarını Truth Social sosial şəbəkəsində bölüşüb. ...Dünən Rusiya və Ukrayna ilə böyük danışıqlar oldu. Münaqişəyə son qoymaq üçün yaxşı fürsət...
Bunu Tramp yazıb.
Xatırladaq ki, çərşənbə günü, fevralın 12-də Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Söhbət zamanı liderlər Ukraynadakı münaqişənin həlli, vətəndaşların mübadiləsi və iki ölkə arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
Yaxın Şərqdəki vəziyyət və İranın nüvə problemi də müzakirə mövzusu olub.
Putinlə danışdıqdan sonra Tramp Zelenskiyə də zəng edib. Onlar Ukrayna münaqişəsi ilə bağlı geniş mövzuları, o cümlədən təhlükəsizlik, iqtisadi əməkdaşlıq və gələcək sazişlərin mühüm məsələlərini müzakirə ediblər.
Liderlər əlaqələrin daha da möhkəmləndirilməsi üçün dialoqun davam etdirilməsi və yeni görüşlərin təşkili barədə razılığa gəliblər.
Amerika lideri vurğulayıb ki, Ukraynada münaqişəyə son qoymağın vaxtı çatıb.
Yeri gəlmişkən, bəzi rus saytları Putinlə Trampın söhbətindən sonra Qərbin ritorikasının necə dəyişdiyi barədə yazıblar.
Avropa İttifaqı ölkələri iki dünya lideri arasında telefon danışığı barədə məlumat verməmək qərarına gəliblər..?
Deyim ki, bunu artıq rus saytları yazır.
Əli Babayev