Trampın iqtisadi planlarına əsas təhlükənin adı açıqlanıb

13 Fevral 2025 20:05 (UTC+04:00)

…İnflyasiya ABŞ prezidenti Donald Trampın iqtisadi planlarını poza bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə New York Times məlumat yayıb.

Nəşr xatırladıb ki, Tramp əmək və birja bazarları yüksələn güclü iqtisadiyyatı miras qoyub. Lakin güclü inflyasiya onun əl-qolunu bağlaya bilər. Fond bazarlarının düşməsi və istiqraz bazarı ilin ən pis gününü keçirdiyi üçün investorlar artıq əsəbiləşirlər.

Bundan əlavə, ümumi qiymətlər son üç ayda illik 4,5 faiz artaraq, iki faizlik hədəfdən xeyli yuxarıdır.

Beləliklə, inflyasiya Trump-ın iqtisadi planlarını, o cümlədən vergilərin azaldılması, immiqrasiya məhdudiyyətləri və tarifləri poza bilər.

Üstəlik, bu addımlar inflyasiyanı daha da artıra bilər.

Ötən ilin sonunda o zamankı Maliyyə Naziri Janet Yellen xəbərdarlıq etmişdi ki, Trampın siyasəti inflyasiya ilə mübarizə səylərini sarsıda bilər. Onun sözlərinə görə, hər şeyə yeni prezidentin gömrük rüsumları səbəb olacaq.

Öz növbəsində ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauel bildirib ki, baza faiz dərəcəsinin daha da aşağı salınmasına tələsməyə ehtiyac yoxdur. O, əmindir ki, “siyasəti həddən artıq yumşaltmaq inflyasiyanın ləngiməsində irəliləyişə xələl gətirə bilər”.

Əli Babayev