NASA xəbərdarlıq etdi

13 Fevral 2025 19:05 (UTC+04:00)

NASA-nın son xəbərdarlığı astronomları təşvişə salıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, NASA-nın məlumatına görə, 2024 YR4 adlı 90 metr enindəki asteroidin 2032-ci il dekabrın 22-də Yerlə toqquşma ehtimalı 2,3 faizə yüksəlib. Riskin aşağı səviyyədə qalmasına baxmayaraq, asteroidin orbitinə maraq yenidən artıb.

Mütəxəssislər hazırda təhlükə olmadığını desələr də, planeti müdafiə etməyin vacibliyini vurğulayırlar. Mümkün toqquşma halında asteroid ciddi seysmik aktivliyə və regional iqlim pozuntularına səbəb ola bilər.

Davamlı tədqiqatlar və təkmilləşdirilmiş monitorinq metodları, proqnozları və potensial riskləri azaltmağa yönəlib.