…1901-ci ildə yaradılmış "Mateo Fernandez de Sotonun portreti" tablosunda gizli qadın portreti tapılıb. Bunu London Courtauld İncəsənət İnstitutunun mütəxəssisləri aşkar ediblər: sərgi ərəfəsində infraqırmızı və rentgen şüalarından istifadə edərək çəkilmiş portretin konturlarını müəyyən ediblər. Mütəxəssislər hesab edirlər ki, Pikasso dostu heykəltəraş Mateo Fernandes de Sotonu təsvir etməzdən bir neçə ay əvvəl naməlum qadının portretini çəkib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Courtauld-un sənət rəhbərinin müavini Barnaby Wright-ın dediyinə görə, qadının portreti “parça-parça olaraq onların gözləri önündə görünüb”. Onun şəxsiyyəti hələ də məlum deyil, lakin tədqiqatçılar onun fransız olduğunu irəli sürürlər: bu nəticəyə qızın o dövrdə Fransa üçün xarakterik olan saç düzümünə görə gəliblər.
Pikasso niyə yad birinin portretini çəkmək qərarına gəlib? Rentgen şüaları göstərir ki, rəssam bu kətanı üç-dörd dəfə yenidən işləmiş ola bilər: Rayt hesab edir ki, Pikassonun “bir təsviri digərinə çevirmək prosesindən” həzz almasıdır.
O, həmçinin deyir ki, rəssam bu erkən portretdən imtina edərək, “nəinki mövzunu dəyişdi, həm də üslubunu dəyişdi, məşhur Mavi Dövr rəsm üslubunu inkişaf etdirib”.
Nazlı Almuradova