"Neftçi"nin yeniyetmə futbolçuları "Beşiktaş"ın məşqini izləyiblər

13 Fevral 2025 17:08 (UTC+04:00)

"Neftçi"nin 17 yaşadək futbolçuları Türkiyənin "Beşiktaş" klubunun əsas komandası ilə görüşüblər. SİA İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə "qara qartallar"ın baş məşqçisi Ule-Qunnar Solskyaer, Bakı klubunun idman direktoru Zaur Əzizov da iştirak ediblər.

Yeniyetmə oyunçular, "Neftçi" rəsmiləri əsas komandanın məşqini izləyiblər. Ule-Qunnar Solskyaer və Zaur Əzizov bir-birilərinə klublarının formalarını hədiyyə ediblər.

Qeyd edək ki, "Neftçi"nin U-17 komandası Türkiyədə beynəlxalq turnirdə iştirak edir.