Milli Məclisin sədri və Somali Prezidenti birgə işçi nahar ediblər

13 Fevral 2025 17:01 (UTC+04:00)

Milli Məclisin sədri Sahibə Qafarova və ölkədə rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 13-də birgə işçi nahar ediblər. SİA xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Somali arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.