"Prezident İlham Əliyev Davosda olarkən Çinin CGTN telekanalına maraqlı müsahibə verib". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
O bildirib ki, hər kəsə məlumdur ki, cənab Prezident İlham Əliyev beynəlxalq və yerli mediaya hər zaman açıq olub: "Dövlət başçımızın xüsusilə beynəlxalq təşkilatların Azərbaycan Ermənistan münasibətlərində fəaliyyətsizliyindən, 30 il ərzində biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Cənab Prezidentin hər zaman dəfələrlə qeyd etdiyi məsələ beynəlxalq hüquq və normaların işləmədiyi və beynəlxalq təşkilatların yardımçı olmamasıdır. Bəli, əgər BMT-nin Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməsi beynəlxalq hüquq tərəfindən reallaşdırılmış olsaydı, Cənubi Qafqazda sülh və sabitlik çoxdan bərpa olmuşdu. Lakin beynəlxalq vasitəçilər əksinə məsələnin həllini uzadaraq, regionumuzdakı gərginliyi bu günə kimi davam etdirmək istəyirdilər. Azərbaycan həm milli maraqlarını həm də regionun sabitliyini qorudu".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Çinin CGTN telekanalına müsahibəsi başdan-ayağa Azərbaycanın iqtisadi əlaqələrinin və iqtisadiyyatının inkişafı barədə məlumatlar üzərində qurulub: "Müsahibəsində dövlət başçısı qeyd edib ki, biz investorlar üçün yaxşı investisiya mühiti yaratdıq: “Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər.” İlham Əliyevin də qeyd etdiyi kimi hazırda Azərbaycan dövləti həm yerli, həm də xarici investorlara geniş imkanlar və yaxşı şərait yaradıb. Bizim məqsədimiz şaxələnmiş xarici siyasət istiqamətində çox tərəfli qarşılıqlı münasibətlərin qurulması, global iqtisadiyyatın çox vacib bir parçası olmaqdır.
Azərbaycanın məqsədi təkcə Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Əsas məqsəd özəl sektorun faydalana biləcəyi dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Ümumiyyətlə, Azərbaycanın global iqtisadiyyatdakı hər bir irəliləyişi, daxili adutoriyanın sosial rifahını yaxşılaşdırmağa hesablanmışdır. Düşünürəm ki, Azərbaycan dövlətinin bugünkü gücü rəhbərin ictimaiyyət tərəfindən daima dəstəklənməsindən irəli gəlir. Dövlətimizin xarici siyasətdəki hər addımı xalq tərəfindən dəstəklənir və müdafiə olunur".