"Paşinyanın səfərinin üz qabığı tamam fərqlidir" - ŞƏRH EDİLDİ

13 Fevral 2025 13:55 (UTC+04:00)

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya səfərinin mahiyyəti başqadır amma səfərin görünən üz qabığı tamam fərqlidir". Bunu SİA-ya politoloq Samir Hümbətov deyib.

O bildirib ki, Fransa son illər xüsusilə də Cənubi Qafqazda fəaliyyətini artırmaq istəyir: "ABŞ-da hakimiyyət dəyişikliyindən sonra Trampın Cənubi Qafqaza baxışı fərqli vəziyyət yaradıb. Bu isə məlum məsələdir ki, Rusiyada Ukrayna ilə məsələlər yekunlaşmadığı üçün Rusiyanın başı ora qarışıb. Fransa əslində burada iki məqsədlə özünü möhkəmləndirməyə çalışır. Birincisi Avropan İttifaqının mülki missiyası adı altında möhkəmlənmək və Ermənistan üzərindən nəzarəti gücləndirmək istəyir. Fransa Afrikadan, artıq bir neçə ölkədən çıxarılıb. Hansıki ona vəd verən 22 ölkə var idi ki, onlar Fransanın təsiri altında idilər. Lakin indi bir çoxları bu təsirdən ayılır, bu da Fransada ciddi maliyyə itkisi yaradır.

Cənubi Qafqaz regionu xüsusilə Fransa üçün maraqlıdır. Çünki yaxın gələcəkdə Cənubi Qafqaz, şimal, şərq-qərb nəqliyyat dəhlizinin əsas habı olacaq. Fransanın burada nüfuz edəcəyi ölkə Ermənistandır. Ermənistan isə bir tərəfdən bizə sülh deyir amma ikinci tərəfdən sürətli silahlanır. Paşinyanın Fransaya səfərinin əsas məqsədidə silahlanmalı sürətləndirib, iqtisadi vəziyyətini düzəltməkdir. Trampın hakimiyyətə gəlməsi Paşinyanın istək və maraqlarına uyğun gəlmədi. Bütün bunlara görə də Rusiya ilə münasibətləri yaxşı deyil. Ona görə də onun üçün yeganə variant Fransadır. Bu səfərində əsas məqsədləri budur. Fransanında bu bölgəyə təsiri sual altındadır. Fransanın özü Azərbaycanın müstəmləkə altında olan dövrlərinə dəstəyindən şikayətlənir".