Azərbaycanın badminton millisi Bakıda keçirilən qarışıq komandalar arasında Avropa çempionatında ikinci oyununda da məğlub olub. SİA-nın məlumatına görə, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda İspaniya ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:2. Yığma ötən gün İngiltərəyə də eyni hesabla uduzub.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 14-də Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.