Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb

13 Fevral 2025 12:31 (UTC+04:00)

İnsult keçirən Xalq artisti Fatma Mahmudova müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə SİA-ya aktrisanın qızı Nigar Tofiq məlumat verib.

Onun sözlərinə görə, anasının səhhəti yaxşılaşır:

"Özünü yaxşı hiss edir. Hazırda müalicəsi evdə davam etdirilir".

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.