Azərbaycan dövlət istiqrazlarının bir hissəsini vaxtından əvvəl geri alacaq

13 Fevral 2025 12:26 (UTC+04:00)

Fevralın 25-də "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin yerləşdirdiyi AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçiriləcək. SİA bu barədə nazirliyə istinadən xəbər verir.

"Bununla əlaqədar yuxarıda sözügedən dövlət istiqrazlarının vaxtından əvvəl emitentə geri satılmasında maraqlı olan mülkiyyətçilərdən bu prosesin həyata keçirilməsi məqsədilə emitentin anderrayterinə və birjaya müraciət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.