Bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala 787 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50 % az investisiya yönəldilib. SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 40,5 %, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 54,8 % az olub.
Ötən ay, istifadə olunmuş investisiyanın 504,8 milyon manatı və ya 64,1 %-i məhsul istehsalı sahələrinə, 109,8 milyon manatı (14,0 %-i) xidmət sahələrinə, 172,4 milyon manatı (21,9 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Dövr ərzində əsas kapitala yönəldilmiş investisiyaların 473,8 milyon manatını və ya 60,2 %-ini daxili investisiyalar təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların 566 milyon manatı və ya 71,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.