ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi San Dieqo körfəzinə düşüb. SİA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Təyyarənin içərisində olan iki pilot qəzadan əvvəl katapult ediblər. ABŞ Sahil Mühafizəsi pilotların suya düşdükdən cəmi bir dəqiqə sonra xilas edildiyini bildirib.
Qəzanın səbəbləri hələlik məlum deyil, araşdırmalar davam etdirilir.