İlham Əliyev Paraqvayın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR

13 Fevral 2025 10:41 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Paraqvayın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.