İlham Əliyev Belarusun yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR

13 Fevral 2025 10:33 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Belarusun ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin etimadnaməsini qəbul edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.