Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura bu gün yekun vurulacaq. SİA-nın məlumatına görə, sonuncu matçda "Murov Az Terminal" "Azərreyl"lə üz-üzə gələcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 16:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün MOİK "Gənclər"i 3:1, "Xilasedici" "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.