Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşüb

13 Fevral 2025 10:19 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 61-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.