Sumqayıtda arvadını boğaraq öldürməkdə şübhəli bilinən ər polis əməkdaşları tərəfindən saxlanılıb. SİA xəbər verir ki, Sumqayıt şəhərində 1984-cü il təvəllüdlü Cəmalə İmran qızı Quliyevanı öldürməkdə şübhəli bilinən onum həyat yoldaşı 1975-ci il təvəllüdlü Qorxmaz Quliyev saxlanılıb.
O hadisəni törətdikdən sonra Sumqaylt şəhər Polis İdarəsinə gedərək hadisənin törətdiyini etiraf edib.
Qaət hadisəsinin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Qeyd edək hadisə gecə saat 23 radələrində Sumqayıt şəhər Yaşıl dərə yaşayış massivində baş verib.
Faktla bağlı araşdırma aparılır.