Qrenobl şəhərindəki restoranda baş verən partlayış nəticəsində azı 12 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.
İlkin məlumata görə, naməlum şəxs restorana daxil olaraq qumbara atıb və hadisə yerindən qaçıb. Zərərçəkənlərdən ikisinin vəziyyətinin ağır olduğu qeyd edilir.
Hadisənin səbəbləri müəyyənləşdirilir.