Məşhur aktyor döymələrini sildirmək üçün sərvət xərclədi - FOTO

13 Fevral 2025 07:55 (UTC+04:00)

Dünya şöhrətli müğənni Ariana Qrandenin keçmiş sevgilisi, komediya aktyoru Pit Devidson bədənindəki 200-dən çox döyməni sildirir. SİA xəbər verir ki, o, 40 yaşa kimi bədənini tamamilə təmizləmək niyətindədir. Aktyorun artıq bunun üçün 200 min dollar xərclədiyi bildirilir.