Finlandiya millisinin heyətində 2022-ci il Qış Olimpiya çempionu olan Miro Aaltonen kokaindən istifadə etdiyinə görə cəzalandırılıb. SİA xəbər verir ki, bu barədə “Yle.fi” məlumat yayıb. 31 yaşlı hokkeyçi dekabrın 18-də dopinq testindən keçə bilməyib. Buna görə onun İsveçrənin “Kloten” klubuna transferi baş tutmayıb. Onun qanında kokain tapılıb. Bu səbəbdən 1 ay müddətinə cəzalandırılıb və 1000 İsveçrə frankı məbləğində cərimələnib. Bundan əlavə, Aaltonen təxminən 800 İsveçrə frankı təşkil edən dopinq testi və test nümunəsinin analizi xərclərini ödəməli olacaq.