68 yaşlı Lars fon Trier Parkinson xəstəliyinə görə xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, dünya şöhrətli rejissorun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Qeyd edək ki, danimarkalı rejissorda 2022-ci ildə Parkinson xəstəliyi aşkarlanıb. Onun vəziyyətinin təfərrüatları açıqlanmayıb, lakin Trier kino karyerasını bitirəcəyini açıqlayıb. Bir il sonra o, karyerasını bitirmək barədə fikrini dəyişib və yeni film üzərində işlədiyini etiraf edib. Onun ssenarisi artıq hazır idi və 2024-cü ildə çəkilişlərə başlamağı planlaşdırırdı. Filmin 2025-ci ildə tamaşaçılara təqdim ediləcəyi gözlənilir.
Lars fon Trier “Qızıl Palma budağı” mükafatına layiq görülüb. O, "Oscar"a namizəd olsa da, bu mükafatı qazana bilməyib.